Bank Of Baku

Müsavat Partiyası “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə mitinq təyin edib

Müsavat Partiyası “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə mitinq təyin edib
# 28 aprel 2014 15:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi qərara alıb.

 

APA-nın məlumatına görə, bu barədə qərar partiya Divanının toplantısında verilib.

 

Qərara əsasən, partiya “Nida” Vətəndaş Hərəkatının 8 üzvünün həbsinə etiraz məqsədilə 4 may 2014-cü il tarixində, saat 16:00-dan 18:00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda digər siyasi və ictimai təşkilatlarla birgə mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR