Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə seçkilər oktyabrda keçiriləcək

Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə seçkilər oktyabrda keçiriləcək
# 10 sentyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə yeni seçkilər prezident seçkilərindən sonra keçiriləcək. Bu barədə APA-ya partiyanın Divan üzvü Tural Abbaslı məlumat verib.

 

T.Abbaslı qeyd edib ki, Gənclər Təşkilatına keçiriləcək seçkilərlə bağlı partiyanın Təşkilat Komitəsi qərar verəcək: “Bununla bağlı 6 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdırılacaq. Seçkilərin vaxtı, keçirilmə forması və digər məsələlərlə əlaqədar bu komitə qərar verəcək. Hələ ki, Təşkilat Komitəsinin iclası keçirilmədiyindən, konkret vaxt söyləmək çətindir. Komitə iclasında vəziyyəti dəyərləndirəcək və buna müvafiq qərar verəcək. Lakin böyük ehtimalla, bu məsələ prezident seçkilərindən sonraya saxlanılacaq. Çünki hazırda bütün diqqət Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizəd kimi qeydiyyata alınması, təbliğat-təşviqat kampaniyasının aparılmasına yönəlib”.

 

Xatırladaq ki, avqustun 26-da partiyanın Gənclər Təşkilatına keçirilən seçkinin nəticəsi ləğv olunub və yeni seçkilərin keçirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR