Bank Of Baku

Müsavat Partiyası KXCP-yə müttəfiqlik sazişi təklif edib

Müsavat Partiyası KXCP-yə müttəfiqlik sazişi təklif edib
# 14 dekabr 2013 13:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyası Milli Şurada gələcək fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində ikinci görüşünü Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə keçirib. APA-nın məlumatına görə, KXCP qərargahında keçirilən görüşdə Müsavat tərəfdən partiyanın başqanı İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, İcra Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Gülağa Aslanlı, qarşı tərəfdən isə KXCP sədri Mirmahmud Mirəlioğlu, partiyanın Ali Məclis sədri Bəybala Əbil, sədr müavinləri Xəzər Teyyub, Nizami Əkbər, partiyanın İdarə Heyətinin üzvü Oqtay Gülalıyev iştirak ediblər.

 

B. Əbil APA-ya açıqlamasında görüşdə Milli Şura ilə bağlı geniş müzakirə aparıldığını bildirib. O, Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi məsələsinə KXCP-nin münasibətinin qurumun son sessiyasında ortaya qoyulduğunu, buna dəstək verildiyini xatırladıb və partiyanın öz mövqeyində qaldığını qeyd edib: “Milli Şura ilə Müsavat Partiyasının mövqeyi hələ dəqiq deyil. Biz istəyirik ki, Müsavat Partiyası Milli Şurada qalsın”.

 

KXCP Ali Məclisinin sədri görüşdə partiyalar arasında müttəfiqlik və bazar günü keçiriləcək mitinqlə bağlı müzakirələr aparıldığını da açıqlayıb. Görüşdə Müsavat Partiyası KXCP-yə müttəfiqlik sazişinin imzalanmasını təklif edib. B. Əbil bu təklifin KXCP İdarə Heyətində, yaxud Ali Məclisdə müzakirə olunaraq qərar veriləcəyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR