Bank Of Baku

Müsavat Partiyası Milli Şurada yaranmış vəziyyəti müzakirə edib

Müsavat Partiyası Milli Şurada yaranmış vəziyyəti müzakirə edib
# 09 dekabr 2013 13:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün Müsavat Partiyasının Divanının toplantısında Milli Şurada yaranmış vəziyyət ətraflı müzakirə olunub. Bu müzakirələr partiya daxilində də davam edəcək”.

 

Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

 

Arif Hacılı bildirib ki, Divanın toplantısında demokratik qüvvələrinin əməkdaşlıq məsələsi ilə bağlı AXCP, KXCP, “NİDA” Vətəndaş Hərəkatı, “El” Hərəkatı, Ziyalılar Forumu və digər təşkilatlarla yaxın günlərdə həm ikitərəfli, həm də çoxtərəfli müzakirələrin aparılması barədə qərar qəbul edilib: “Yəqin ki, sabahdan başlayaraq bu təşkilatlarla görüşüb, bu məsələləri müzakirə etmək üçün müraciət edəcəyik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR