APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. O bildirib ki, xüsusən kənardan idarə olunan, yerli məkana daxil olmağı bacaran KİV-lər inadkarlıq nümayiş etdirirlər: “Bu qurumlar seçki prosesinə qoşula bilməz. MSK bununla bağlı araşdırmalar aparıb, 3 dəfə bəyanat da verilib. Bu yayımla məşğul olan KİV-lərdən biri dünyanı fəth etmiş dövlətə məxsusdur, biri başqa bir nüfuzlu dövlətdə fəaliyyətdə göstərən KİV-dir. İkili standartlar olmamalıdır. Qanundan irəli gələrək çıxış edirik ki, hanısa KİV kiminsə lehinə, kiminsə əleyhinə təbliğat aparırsa, təşviqat sayılır. Bu halda bizi maraqlandırır ki, təşviqat kimin xeyrinə aparılır. Xeyrinə təşviqat aparılan şəxs bunun nəticəsində müəyyən etimad qazanıbsa, bu halda onun namizədliyinin ləğvinə əsas yaranır”.