Bank Of Baku

Ombudsman "Sülh aylığı" ilə əlaqədar dövlət qurumlarına müraciət edib

Ombudsman "Sülh aylığı" ilə əlaqədar dövlət qurumlarına müraciət edib
# 04 sentyabr 2013 15:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə bu il də keçirilən “Sülh aylığı” davam edir.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman 21 sentyabr – Beynəlxalq Sülh günü münasibətilə keçirilən həmin aylıqla əlaqədar  dövlət qurumlarına müvafiq tədbirlərin keçirilməsi ilə bağlı müraciət edib. Sülh aylığı çərçivəsində silsilə tədbirlərin təşkili, əhali ilə yerlərdə görüşlərin keçirilməsi, geniş maarifləndirmə işi aparılması  ilə bağlı Ombudsman Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarına da tövsiyələr verib. Bu günlərdə həmin aylıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) «Qloballaşan dünyada sülh siyasəti» mövzusunda  dəyirmi masa keçirib.

 

Avqustun 21-dən başlanan aylıq sentyabrın 21-dək davam edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR