Bank Of Baku

Pakistanlı deputatlar: “Azərbaycan xalqı öz seçimini etdi” - FOTO

Pakistanlı deputatlar: “Azərbaycan xalqı öz seçimini etdi” - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Pakistan parlamentinin üzvlərindən ibarət seçki müşahidə missiyasının rəhbəri, senator Müşahid Hüseyn Sayed bildirib.

 

Seçkilərin nəticələrini yüksək qiymətləndirən pakistanlı parlamentarlar burada Azərbaycan xalqının öz seçimini etdiyini vurğulayıb: «Biz müşahidə apardığımız məntəqələrdə problemlərlə üzləşmədik. Kiçik texniki məsələlər istisna olunmaqla seçkilər normal, azad və şəffaf şəraitdə keçdi. Seçkilərdə veb-kameraların və şəffaf qutuların tətbiqi bu sahədə atılmış mühüm addımlardandır».

 

M.H.Sayed onu da qeyd edib ki, Pakistan Azərbaycan torpaqlarının işğalına etiraz edir və BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR