Bank Of Baku

Parlamentə təkrar seçkilər zamanı müşahidə aparılması üçün ərizələrin təqdim edilməsi müddəti başa çatır

Parlamentə təkrar seçkilər zamanı müşahidə aparılması üçün ərizələrin təqdim edilməsi müddəti başa çatır
# 12 iyun 2016 08:09 (UTC +04:00)

Bakı-APA. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisinə təkrar seçkilərlə əlaqədar seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət bu gün başa çatır.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə,  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələr seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməlidir.

 

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət iyunun 13-dək olan dövrü əhatə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR