Bakıda iki yeniyetmə qaçırdıqları avtomobillə qəza törədiblər.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də paytaxtın Nizami rayonunun B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.