Bank Of Baku

Qazaxıstan MSK-nın sədri Azərbaycana gələcək

Qazaxıstan MSK-nın sədri Azərbaycana gələcək
# 03 oktyabr 2013 11:26 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Kuandık Turqankulovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycana səfər edəcək.

 

APA-nın Qazaxıstan mətbuatına istinadən xəbərinə görə, səfərin məqsədi oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

 

Nümayəndə heyətinə 20 nəfər (deputatlar və dövlət strukturlarının nümayəndələri) daxildir. Kuandık Turqankulovun Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşü də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR