Bank Of Baku

QDİƏT müşahidə qrupunun rəhbəri: “Bakıda seçki prosesi yüksək səviyyədə təşkil olunub”

QDİƏT müşahidə qrupunun rəhbəri: “Bakıda seçki prosesi yüksək səviyyədə təşkil olunub”
# 09 oktyabr 2013 12:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib”. YAP-dan APA-ya verilən məlumata görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, QDİƏT-in Azərbaycanda prezident seçkilərinin gedişini izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi deyib.

 

Onun sözlərinə görə, günün birinci yarısında onun rəhbərlik etdiyi müşahidə missiyası üç seçki məntəqəsində olub: "Hər üç seçki məntəqəsində səsvermə prosesi yüksək səviyyədə təşkil olunub və bu, ilk baxışdan da görünür. Səsvermə prosesini həm hakim partiya, həm müxalifətdən olan, həm də müstəqil müşahidəçilər izləyirlər. Biz onların fikirləri ilə yerindəcə tanış olduq. Onların hamısı seçki prosesini yüksək qiymətləndirir. Mənim Bolqarıstan və Türkiyədən olan həmkarlarım da eyni fikirdədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR