Bank Of Baku

QDİƏT QHT Forumunun nümayəndə heyəti: “Seçicilərin istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilməyib”

QDİƏT QHT Forumunun nümayəndə heyəti: “Seçicilərin istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilməyib”
# 10 oktyabr 2013 08:12 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, QDİƏT nümayəndələri İsmayıl Şafi (Türkiyə), Sergey Markov (Rusiya), Evangelos Venetis (Yunanıstan), Enyo Savov (Bolqarıstan) seçki ilə bağlı bəyanat hazırlayıb.

 

QDİƏT nümayəndələri bildiriblər ki, onlar prezident seçkilərində beynəlxalq müşahidəçi missiyasını yerinə yetirmək üçün seçki günü Bakı şəhərinin Səbayel, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında seçki məntəqələrində apardıqları müşahidələr nəticəsində seçkilərin mütəşəkkil qaydada, qanun pozuntuları olmadan keçdiyinin, seçicilərin sərbəst və azad şəkildə istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilmədiyinin şahidi olublar: “Seçki məntəqələrinin üzvləri, seçkidə öz namizədi ilə iştirak edən ayrı-ayrı partiyaların müşahidəçiləri, səsvermənin gedişini izləyən mətbuat nümayəndələri və “exit-poll” ciddi qanun pozuntusu haqda məlumat və şikayətin şahidi olmadıq. Seçki məntəqələrində seçicilərin hər hansı namizədə səs verməsini təbliğ edən və ya onların iradəsinin əksinə səs verməyə çağıran təbliğat halları ilə rastlaşmamışıq. Hesab edirik ki, beynəlxalq müşahidəçi qrup missiyasını reallaşdırdığımız seçki dairələrində prezident seçkiləri beynəlxalq standartlara uyğun olaraq azad, ədalətli və şəffaf şəkildə keçirilib”.

 

Qeyd edək ki, QDİƏT ölkələrinin QHT Forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çoxlu sayda qeyri-hökumət təşkilatları daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR