Bank Of Baku

Qırğızıstan prezidenti Almazbek Atambayev İlham Əliyevi təbrik edib

Qırğızıstan prezidenti Almazbek Atambayev İlham Əliyevi təbrik edib
# 11 oktyabr 2013 09:03 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Qırğızıstan prezidenti Almazbek Atambayev İlham Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Qırğızıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumatına görə, təbrikdə deyilir:

 

“Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız dəstək Azərbaycan xalqının Sizə böyük etimadının və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir. Əminəm ki, Sizin Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməyinizdən sonra dövlətlərimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək. Sizə cansağlığı və dost Azərbaycan xalqının rifahına və çiçəklənməsinə yönəlmiş dövlət fəaliyyətində uğurlar arzu edirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR