Bank Of Baku

Qubad İbadoğlu: “Müsavatın məhkəmə məsələsində ADR-in adının hallandırılması məqsədli və qərəzlidir”

Qubad İbadoğlu: “Müsavatın məhkəmə məsələsində ADR-in adının hallandırılması məqsədli və qərəzlidir”
# 24 noyabr 2015 14:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bir qrup müsavatçının son qurultayla bağlı məhkəməyə müraciət etməsi onların pozulmuş hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlərinin tərkib hissəsidir”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

 

O bildirib ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayla bağlı məhkəməyə verilməsinin ADR-lə heç bir əlaqəsi yoxdur: “Dəfələrlə müraciət etmələrinə baxmayaraq partiya müstəvisində şikayətləri araşdırılmayan və ya qərəzli şəkildə araşdırılan şəxslərin belə müraciəti anlayışla qarşılanmalıdır. Buna görə də sosial şəbəkələrdə Müsavatın məhkəmə məsələsində ADR-in adının hallandırılması məqsədli və qərəzlidir”.

 

Qeyd edək ki, Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli APA-ya açıqlamasında bu məsələdə ADR rəhbərliyini ittiham edib.

 

Xatırladaq ki, Müsavat Partiyasının qurultayından narazı qalan partiyanın bir qrup sabiq üzvü Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar qurultayın nəticələrinin ləğv olunmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR