Bank Of Baku

Rusiya Federasiya Şurasının sədri Azərbaycan prezidentini təbrik edib

Rusiya Federasiya Şurasının sədri Azərbaycan prezidentini təbrik edib
# 11 oktyabr 2013 14:04 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İlham Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

 

APA-nın xəbərinə görə, V.Matviyenko bildirib ki, seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə İ.Əliyevin yorulmaz səmərəli fəaliyyətinin nəticəsidir: “Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR