Bank Of Baku

Milli Məclisə təkrar seçkilərlə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır

Milli Məclisə təkrar seçkilərlə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır
# 09 iyun 2016 08:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi sabah başa çatacaq.

 

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanmasını başa çatdırmalıdır.

 

Beləliklə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu müddət iyunun 11-dək olan dövrü əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR