Bank Of Baku

Səməd Seyidov: “Biz insan haqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına imkan verməyəcəyik ”

Səməd Seyidov: “Biz insan haqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına imkan verməyəcəyik ”
# 12 noyabr 2013 09:36 (UTC +04:00)

APA-nın məlumatına görə, S. Seyidov jurnalistlərə açıqlamasında bildirib ki, demokratiya, insan haqları, qanunun aliliyi məsələlərindən istənilən qurum tərəfindən hansısa ölkəyə qarşı alət kimi istifadə olunması düzgün deyil.

 

O qeyd edib ki, bu, məsələlərə dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlara elan edib ki, istənilən məsələlərdə müzakirələrə hazırdır və heç bir müzakirədən imtina etmir: “Hətta heç bir tənqiddən də çəkinmirik. Amma biz xüsusilə insan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. Biz imkan verməyəcəyik ki, demokratiya və insan hüquqları məsələlərindən bizə qarşı istifadə olunsun”.

 

S. Seyidov Azərbaycanın normal və konstruktiv tənqiddən nəticə çıxarmağa da hazır olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR