Bank Of Baku

Slovakiyanın sabiq prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Slovakiyanın sabiq prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 12 oktyabr 2013 11:44 (UTC +04:00)

Bakı – APA. Slovakiyanın sabiq prezidenti Rudolf Şuster Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm”.

 

İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman da dövlət başçısı İ. Əliyevə təbrik məktubu göndərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR