Bakı – APA. İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi (the European Centre for Survey Research, UK) 2013-cü il sentyabrın 11-dən 16-dək Azərbaycanda ümumrespublika ictimai rəy sorğusu keçirib.
Sosioloji tədqiqat “Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil” layihəsi çərçivəsində aparılıb.
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzindən bildirilib ki, sorğuda 42 yaşayış məntəqəsi üzrə yaşı 18-dən yuxarı olan 1550 nəfər iştirak edib.
Sorğu üzbəüz müsahibə yolu ilə, respondentlərin yaşayış yeri üzrə, standartlaşdırılmış anket əsasında keçirilib. Tədqiqatın əsaslandığı çoxpilləli təsadüfi seçim əhalinin sosial və demoqrafik strukturunu adekvat olaraq əks etdirib. Tədqiqatın nisbi xətası 3 faiz ətrafındadır.
Layihənin rəhbəri İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin başçısı, Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının (WVSA) prezidenti, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (IPSA) vitse-prezidenti Kristian Herpferdir.
Bu araşdırma “Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil” layihəsinin birinci mərhələsidir. İkinci mərhələ isə ilin sonuna qədər həyata keçiriləcək. Bu, seçki kampaniyasından “əvvəl” və “sonra” seçici rəylərini müqayisə etməyə, həmçinin onların seçki ilə bağlı gözləntilərinin reallıqda nə dərəcədə doğrulduğunu öyrənməyə imkan verəcək. Tədqiqatın nəticəsi olaraq Azərbaycan və ingilis dillərində kitabça nəşr ediləcək və 2014-cü ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.
Layihənin əsas məqsədi əhalinin demokratik dəyərlərə münasibətini, demokratiyaya bir sosial-siyasi sistem olaraq yanaşmasını müəyyən etməkdən ibarətdir. Tədqiqat zamanı demokratiyanın ölkədəki durumunun kütləvi şüurda qiymətləndirilməsi, vətəndaşların siyasi prioritetləri və fəallığı, onların prezident seçkilərində iştirakının motivləri, seçicilərin rəğbəti və namizədlərin reytinqi öyrənilib.
Sorğunun nəticələri göstərir ki, Azərbaycan vətəndaşları “demokratiya” anlayışını əsasən fikir müxtəlifliyi (48,0 faiz), azad və ədalətli seçkilər (36,6 faiz), insan hüquq və azadlıqlarının qorunması (30,3 faiz) kimi qəbul edirlər. Daha sonra isə xalqın hakimiyyəti, şəxsi azadlıq və ləyaqət, qanunun aliliyi (hər biri təxminən 21 faiz səs) prinsipləri gəlir. Demokratiyanın Azərbaycan üçün daha vacib olan elementlərinə isə onlar hamının qanun qarşısında bərabərliyini, söz və mətbuat azadlığını, rəqabətli və ədalətli seçkiləri aid ediblər.
Bütövlükdə Azərbaycanda demokratiyanın vəziyyəti müsbət qiymətləndirilib. Əhalinin təxminən üçdə ikisi ölkədə demokratiyanın vəziyyətindən razıdır. Onlar anketin müvafiq sualını “bəli, qane edir” və ya “əsasən qane edir” deyə cavablandırıblar. Respondentlər hesab edirlər ki, son 10 ildə demokratiya sahəsində vəziyyət yaxşılaşıb, KİV azadlığının səviyyəsi yetərincə yüksək qiymətləndirilib.
Məlum olub ki, bu seçkilərdə respondentlərin potensial elektoral fəallığı (onların seçkilərdə iştirak edəcəklərini deməsi) yetərincə yüksəkdir (82 faizdən çox). Lakin təcrübə göstərir ki, adətən səsverməyə qatılacaqlarını bəyan edənlərlə real olaraq seçki məntəqələrinə üz tutanların sayı fərqlənir (MSK-nın məlumatına görə, ötən seçkilərdə səsvermədə iştirak 70 faiz səviyyəsində olub).
Sorğunun nəticələrinə görə, səslərin əksəriyyətini Azərbaycanın hazırkı prezidenti toplayır. Doğrudur, respondentlərin heç də az olmayan bir qismi (11,8 faiz) ümumiyyətlə seçki məntəqələrinə getmək fikrində deyil, daha 3,3 faiz hələ öz seçimini müəyyən etməyib, 7,9 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib (və bu da təbiidir, çünki sorğu keçirilən zaman seçki kampaniyası yenicə başlamışdı). O da maraqlıdır ki, rəyi soruşulanların 2,9 faizi heç bir namizədə səs verməyəcəklərini bildirib.
Bəs iştirak faizi nəzərə alınmaqla namizədlərin elektoral reytinqi necədir? Sorğu göstərib ki, seçkiyə qatılanların 88,7 faizi öz səsini hazırkı prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə verəcək. Demokratik Qüvvələrin Milli Şurasının təmsilçisi Cəmil Həsənlinin 0,6 faiz, müstəqil namizəd Zahid Oruc və Ümid Partiyasının sədri İqbal Ağazadənin - hər birinin 0,3 faiz, Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) və İlyas İsmayılovun (Ədalət Partyiası) - hər birinin 0,2 faiz, Fərəc Quliyev (Milli Dirçəliş Partiyası) və Araz Əlizadənin (Sosial-Demokrat Partiyası) - hər birinin 0,1 faiz səs yığacağı gözlənilir. Başqa sözlə, seçki marafonunda Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin qələbə şansı digər namizədlərdən çox yüksəkdir.
Vətəndaşların prezident seçkilərində iştirakının motivlərinə gəldikdə, məlum olub ki, səsvermədə iştirakı özünün vətəndaşlıq borcu sayan respondentlərin sayı heç də az deyil (59,6 faiz). Seçkilərin nəticələrinə etimad və öz namizədinə səs vermək imkanı ilə bağlı yüksək faizləri də müsbət hal kimi qiymətləndirmək olar.
Sorğu: Seçkiyə qatılanların 88,7 faizi prezident İlham Əliyevə səs verəcək
Daxili siyasət
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
Xəbər Lenti
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
Təhsil eksperti: Beynəlxalq imtahan nəticələri ilə ali məktəblərə qəbul imkanı yaradılmalıdır
Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb - FOTO - VİDEO
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib
“Qazprom” və BOTAŞ Türkiyəyə qaz tədarükü müqaviləsinin müddətini uzadıb
Avropa Şurasının Baş katibi Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə gedib
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Köç karvanı Xocavənd şəhərinə və Quzeyxırman kəndinə çatıb - FOTO
Rusiya MN: Son bir həftədə Ukraynanın 5400 dronu vurulub
Novak: Rusiya Türkiyənin regional enerji habına çevrilməsinə kömək etməyə hazırdır
Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb - YENİLƏNİB
Ağdərə və Xocalıya köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB-1
Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir - VİDEO
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Ceyhun Bayramov: Azərbaycana ATƏT-in sədrliyinə namizədliyini irəli sürmək təklif olunub, töhfə verməyə hazırıq
Marqus Tsahkna: Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
Marqus Tsahkna Estoniya-Rusiya sərhədinin bağlanmasından danışıb
İki psixiatriya xəstəxanasında qida, geyim və həkim çatışmazlığı müəyyən edilib, SN-ə müraciət olunacaq
Estoniya XİN rəhbəri: Azərbaycan-Ermənistan normallaşma prosesi böyük perspektivlər vəd edir
Marqus Tsahkna: Bakıda Estoniya səfirliyinin açılması əlaqələrimizin güclənməsinin nəticəsidir
Dağıstanda iki sabiq nazir saxlanılıb
Azərbaycan və Estoniya xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Marqus Tsahkna Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məlumatlandırılıb
Parlamentin komitə sədri: Ölkədə mərhələli əmlak amnistiyasına ehtiyac var
Tbilisi meri “Beşiktaş” azarkeşləri ilə qarşıdurmadan danışıb: Qeyri-adi heç nə baş verməyib
Nazir: Estoniya Azərbaycan-Aİ əməkdaşlığının inkişafına öz töhfəsini verə bilər, Tallindən gözləntilərimiz var
Ötən il Estoniyadan 2 minə yaxın turist Azərbaycana səfər edib
Azərbaycanda fəaliyyət göstərən Estoniya şirkətlərinin sayı məlum olub
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - YENİLƏNİB
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumu azaldılır
Rəsmi Bakı Estoniya ilə ticarət dövriyyəsinin həcmini qənaətbəxş hesab etmir
Ceyhun Bayramov: Azərbaycan-Estoniya münasibətləri hər zaman müsbət müstəvidə inkişaf edib
Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək
Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirilib - FOTO
Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
Azərbaycana narkotik tərkibli həblər keçirən İran vətəndaşı barəsində qərar verilib
Özünü kommunal xidmət işçisi kimi təqdim edərək oğurluq edən şəxs saxlanılıb
Axtarışda olan narkokuryer saxlanılıb
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda karbon emissiyaları bir il ərzində 22% azalıb