Bank Of Baku

Sülhəddin Əkbər: “Milli Şurada böhran yaranıb”

Sülhəddin Əkbər: “Milli Şurada böhran yaranıb”
# 07 yanvar 2014 11:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın sədri Cəmil Həsənli Milli Şurada yaranmış vəziyyətlə əlaqədar quruma daxil olan təşkilatların rəhbərləri təkbətək görüşlər keçirir.

 

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.

 

S. Əkbər qeyd edib ki, Müsavat Partiyasının Milli Şuradan çıxması ilə əlaqədar qurumda siyasi böhran yaranıb və bunun həlli istiqamətində danışıqlara başlanılıb. S. Əkbər Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşdüyünü də bildirib. Onun sözlərinə görə, görüşdə Milli Şurada yaranmış vəziyyət və ondan çıxış yolları müzakirə olunub.

 

S. Əkbər deyib ki, C. Həsənli bu gün “El” Hərəkatının sədri, Milli Şuranın üzvü Eldar Namazovla da görüşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR