Bakı-APA. Banqkokdakı etiraz aksiyaların koordinatoru öz tərəfdarlarını Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə çağırıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Milli təhlükəsizlik şurasının rəhbəri Paradorn Pattanatabutr bəyan edib ki, polis etirazçılara qarşı su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir.
Öz növbəsində ölkənin baş naziri Yinqlak Çinnavat deyib ki, konstitusiya müxalifətin tələblərini yerinə yetrirməyə imkan verməsə də, o, danışıqlara hazırdır.