Bakı. Etibar Məmmədov - APA. "Müsavat Partiyası və AXCP arasında uçurum dərindir".
APA-nın məlumatına görə, bunu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. O, AXCP ilə Müsavat Partiyası arasında yaranmış gərginliyin həllinə çalışaçağını desə də, bunun çətin olacağını vurğulayıb: "Müsavat Partiyası və AXCP arasındakı gərginliyi həll etmək çətin olacaq. Ancaq mən yenə də buna çalışacağam. Təəssüflər olsun ki, bu gün bir-birimizi ittiham edirik, mübarizəmizi sosial şəbəkədə öz aramızda qururuq. Məncə, bu problemləri bir kənara qoymağın artıq vaxtı çatıb".