Bank Of Baku

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk: “Azərbaycanda keçirilən prezident seçkilərini yaxından izləyirdim” - FOTO

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk: “Azərbaycanda keçirilən prezident seçkilərini yaxından izləyirdim” - <span style="color: red;">FOTO
# 15 oktyabr 2013 16:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda gedən seçkiləri həmin gün sputnik vasitəsilə çox yaxından izləyirdim. Həm də məlumatlandırılırdım. Görünən o oldu ki, Azərbaycan əsl demokratik seçki nümayiş etdirdi”. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, bunu Ukraynanın ilk prezidenti, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcılarından olan Leonid Makaroviç Kravçuk BUAK sədri Rövşən Tağıyev və Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Firudin Məmmədovla görüşü zamanı bildirib.

 

Azərbaycanda ictimai-siyasi hadisələri daim diqqətlə izlədiyini deyən L.Kravçuk qeyd edib ki, İlham Əliyevin apardığı bacarıqlı, sivil siyasət nəticəsində Azərbaycan kifayət qədər diqqət cəlb edən nailiyyətlər əldə edib: “Təbii ki, məhz belə siyasətçi, belə rəhbər çox tez bir zamanda xalqın liderinə çevrilə bilər. Mən şübhə etmirəm ki, Azərbaycan xalqı İlham Əliyevi lider kimi tanıyır və inanır”.

 

L.Kravçuk bu siyasi kursun əsasının mərhum Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq keçmiş SSRİ-də və ondan sonrakı dövrdə Heydər Əliyevlə birgə fəaliyyəti, görüşləri ilə bağlı xatirələrini bölüşüb: “Azərbaycan xalqı keçmiş sovet xalqları arasında nadir şanslı xalqlardandır ki, qismətinə Heydər Əliyev kimi peşəkar diplomat düşüb”.

 

L.Kravçuk Ukrayna və Azərbaycan əlaqələrinə toxunaraq, bu münasibətlərin və burada əsas rol oynayan diaspor fəaliyyətinin güclənməsində Heydər Əliyevin gördüyü işlərdən danışıb, R.Tağıyev və F.Məmmədova hazırkı BUAK-ın fəaliyyətində uğurlar arzulayıb. R.Tağıyevin rəhbərliyi altında Azərbaycan diasporunun Ukrayna ictimai-siyasi səhnəsində aparıcı mövqeyindən danışan L.Kravçuk bunun iki ölkə arasında isti münasibətlərdə önəmli hadisə olduğunu xatırladıb. O, iki xalqın qədim tarixi yaxınlığa malik olmasının diaspor fəaliyyətində stimul olmasını da vurğulayıb.

 

Görüş zamanı R.Tağıyev və F.Məmmədov da son illər Azərbaycanda gedən inkişafdan, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq, diasporun gördüyü son işlər barədə L.Kravçuku məlumatlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR