Bank Of Baku

Vladimir Putin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Vladimir Putin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 10 oktyabr 2013 10:39 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

 

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.

 

Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. Bu, bizim dost xalqlarımızın mənafelərinə tam uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məcrasında baş verir.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı kimi məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR