Bank Of Baku

YAP seçkilərdə prezident İlham Əliyevin vəkili olmaq uğrunda mübarizə getdiyi barədə məlumatlara münasibət bildirib

YAP seçkilərdə prezident İlham Əliyevin vəkili olmaq uğrunda mübarizə getdiyi barədə məlumatlara münasibət bildirib
# 29 avqust 2013 10:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın namizədi İlham Əliyevə seçki kampaniyası çərçivəsində vəkil olmaq uğrunda mübarizənin getməsi barədə yayılan məlumatlara münasibət bildirib. Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında deyib ki, yayılan bu məlumatların heç bir əsası yoxdur.

 

O qeyd edib ki, heç kim, heç bir deputat vəkil olmaq istəməsi barədə müraciət etməyib: “Bu deyilənlər doğru olsaydı, ən azı bizə müraciət olunardı. Müraciət olmayıb. O vəkil olmaq istəyənlər müraciət ediblərsə, o zaman hara müraciət ediblər? İkincisi, bizim namizədin, prezident İlham Əliyevin vəkili elə bütün Azərbaycan xalqıdır, Azərbaycan cəmiyyətidir, Azərbaycan seçicisidir. Ona görə də bu gün vəkil olmaq, vəkil seçmək barədə ümumiyyətlə söhbət getmir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR