Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin regionun lideri kimi qalmasının təminatıdır”. YAP-dan APA-ya verilən məlumata görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən yunanıstanlı müşahidəçi Evangelos Venetis deyib.
O bildirib ki, bu gün ölkə və cəmiyyət üçün, o cümlədən Azərbaycanın gələcəyi üçün əhəmiyyətli gündür.