Bank Of Baku

Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıb - FOTO

Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıb - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 05:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı və Azərbaycan xalqının üzləşdiyi ədalətsizliyin ABŞ ictimaiyyətinə çatdırılmasına yönəlmiş fəaliyyətlər çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən oktyabrın 29-da Zəngilan rayonun işğalının 20-ci ildönümünü yad etmək üçün xüsusi mərasim təşkil olunub.  

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə,  mərasim iştirakçıları Zəngilan rayonu və eləcə də ondan əvvəl Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların erməni qəsbkarları tərəfindən işğal olunmasının Azərbaycan xalqına yetirdiyi ağrı-acıları dilə gətirib, ötən 20 ilin xalqımızın bu doğma torpaqları geri qaymaq qətiyyətini zərrə qədər sarsıtmadığını bildirib və Azərbaycanın haqq-ədalət işinin sonunda uğur qazanacağına inamlarını ifadə ediblər.

 

Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə erməni işğalçılarına qarşı təzyiqlərinin ildən-ilə gücləndiyi qeyd olunub və eyni zamanda ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzində olan ordu quruculuğu  sahəsində ciddi fəaliyyətlərin aparıldığı xatırladılıb. Azərbaycanın məruz qaldığı işğal ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın fərdi və kollektiv şəkildə mütəşəkkil fəaliyyətinin əvəzsiz bir əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    

Daha sonra tədbir iştirakçılarına Zəngilanın coğrafi mövqeyi, təbiəti, tarixi, mədəni abidələri və rayon əhalinin münaqişə illərində nümayiş etdirdiyi şücaət haqqında xüsusi təqdimat nümayiş etdirilib.

 

Nəhayət, tədbirdən dərhal sonra səfirlik tərəfindən Zəngilanın işğal günü ilə bağlı hazırlanmış müvafiq mətbuat buraxılışı ABŞ-ın rəsmi dairələri, yerli ictimai təşkilatlar və çoxsaylı kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb. Səfirliyin “Zəngilan: iki onillik qeyri-qanuni işğal” başlıqlı mətbuat buraxılışı “Yahoo! News”, “Reuters”, “Heraldonline” başda olmaqla ABŞ-ın 100-dən artıq aparıcı məlumat mənbələrində yayılıb.

 

Buraxılışın mətni ilə növbəti mənbələrdə tanış olmaq mümkündür:

 

http://news.yahoo.com/zangilan-two-decades-illegal-occupation-181800463.html


http://www.reuters.com/article/2013/10/29/azerbaijan-zangilan-idUSnPnDC2qLwg+164+PRN20131029


http://www.heraldonline.com/2013/10/29/5352020/zangilan-two-decades-of-illegal.html


http://www.sacbee.com/2013/10/29/5863342/zangilan-two-decades-of-illegal.html   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR