Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, siyasi partiyalar və QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər Azərbaycan Konstitusiyasına tamamilə uyğun şəkildə edilir.
Onun sözlərinə görə, bəzi şəxslərin iddia etdiyi kimi, burada qeyri-adi heç bir hal yoxdur: “Dəyişikliklərdən sonra göstərilən şərtlərə əməl etməyən QHT-lər qanuna müvafiq formada ya cəzalandırılacaq, ya da fəaliyyəti ləğv ediləcək”.