Bank Of Baku

AİİB Azərbaycanla uzunmüddətli əməkdaşlığı genişləndirəcək

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang

© APA | Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang

# 19 iyun 2026 14:48 (UTC +04:00)

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Azərbaycanla çox güclü əməkdaşlığı var.

Bu barədə "APA-Economics"ə açıqlamasında Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dövlət Sektoru Müştəriləri üzrə 2-ci Regionun baş direktoru Xiaohong Yang deyib.

“Ötən il AİİB Azərbaycan hökuməti ilə birgə bəyannamə imzalayıb. Hazırda nəqliyyat sektoru ilə geniş əməkdaşlıq edirik. Əsas diqqət istiqamətlərimiz dəmir yolları, Bakı Metropoliteninin Yaşıl xətti və "Azərbaycan Dəmir Yolları"nın dairəvi dəmir yolu xətləridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Asiya İnfrastruktur İnvestisiya Bankı gələcəkdə Azərbaycanla gəmiçilik və aviasiya sektorlarında əməkdaşlığı genişləndirməyi planlaşdırır:

“Biz həmçinin Bakı Limanı ilə fəal işləyirik və gəmiçilik, eləcə də aviasiya sahələrində əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sektorunda, xüsusilə də Xəzər dənizi Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq edirik. Ümumilikdə, Azərbaycanla əməkdaşlıq çox perspektivlidir və biz uzunmüddətli tərəfdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”.

“Bundan başqa, ötən həftə Bakı Metropoliteni üzrə 180 milyon ABŞ dolları dəyərində depo layihəsini imzaladıq. Hazırda Bakı Metropoliteni ilə bağlı təxminən 700 milyon ABŞ dolları dəyərində əlavə layihə üzərində işləyirik. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları" ilə əməkdaşlığı davam etdiririk. Ümumilikdə, həm dövlət, həm də özəl sektorda bir sıra yeni layihələrin həyata keçirilməsi gözlənilir”, – deyə Xiaohong Yang əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR