Bank Of Baku

Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb

Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
# 22 iyul 2026 11:54 (UTC +04:00)

Azərbaycanla Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

Bu barədə razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda, Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu 1 may tarixindən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.

İnteqrasiya prosesinin tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə başlanılması məqsədilə tərəflər arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib və həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.

Bununla da Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl elektron icazə sistemi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə uğurla tətbiq edilirdi.

Daşıyıcılar e-xidmet.ayna.gov.az portalına daxil olmaqla elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər. Bu, daşıyıcılara icazə blanklarını istənilən vaxt məsafədən əldə etmək imkanı yaratmaqla yanaşı, xidmətlərin operativliyini daha da artırır.

Elektron icazə sisteminin tətbiqi icazələrin əldə edilməsini sürətləndirir, inzibati prosedurları sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yük daşımalarında rəqəmsallaşmanın genişləndirilməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR