Nazir müavini: «Azərbaycanda sahibkarlıq fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması üçün mühüm addımlar atılıb»

Nazir müavini: «Azərbaycanda sahibkarlıq fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması üçün mühüm addımlar atılıb»
# 17 mart 2014 08:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda sahibkarlıq fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması üçün mühüm addımlar atılıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda «Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirdə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.


Onun sözlərinə görə, 2008-ci ildə sahibkarlıq subyektlərinin qeydiyyata alınması bir pəncərə prinsipi ilə yerinə yetirilir: «Təkcə 2008-2013-ci illərdə 340 minə yaxın sahibkarlıq subyekti qeydiyyata alınıb».


O bildirib ki, fərdi sahibkarlığın qeydiyyatı prosesi elektronlaşdırılaraq 2 gün müddətindən bir neçə dəqiqəyə qədər azaldılıb. Elektron qeydiyyat təcrübəsinin həyata keçirilməsinə başladıldığı 2012-ci ildən bu günə qədər 52,4% artaraq ümumi qeydə alınanların 54%-ni təşkil edib.


S.Məmmədxanov deyib ki, bu tədbirlər planı vaxtında və tapşırığa uyğun davam etdirilməkdədir.

Qeyd edək ki, «Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirin təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR