Yaponiya Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Yaponiya Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək
# 07 mart 2014 07:54 (UTC +04:00)

Bakı-APA. Yaponiya Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Yaponiya xarici işlər naziri Fumido Kisida çıxış edib.

O qeyd edib ki, ölkəsi Ukraynadakı vəziyyətin inkişafından və digər dövlətlərin reaksiyasından asılı olaraq qərarlar qəbul edəcək.

Nazir həmçinin Yaponiyanın Ukraynaya maliyyə yardımının ayrılması ilə bağlı məsələni nəzərdən keçirəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR