DİN Bakı-Quba yolunda beş nəfərin ölümü ilə nəticələnmiş dəhşətli yol qəzası haqqında məlumat yayıb

DİN Bakı-Quba yolunda beş nəfərin ölümü ilə nəticələnmiş dəhşətli yol qəzası haqqında məlumat yayıb
# 25 dekabr 2013 10:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi dekabrın 24-də Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 24-də saat 12 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yunisov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

A. Sadıxov və sərnişinləri - Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahirov, habelə şəxsiyyətləri müəyyən edilməmiş 20-25 yaşlı iki kişi hadisə yerində ölüblər. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR