"Naftoqaz" "Qazprom"dan 8,2 mlrd. dollar tələb edir

"Naftoqaz" "Qazprom"dan 8,2 mlrd. dollar tələb edir
# 01 mart 2016 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukraynanın "Naftoqaz" şirkəti Stokholm arbitraj məhkəməsinə müraciət edərək Rusiyanın "Qazprom" şirkətindən qaz tranzitinə görə 8,2 mlrd. ABŞ dolları tələb edib.

"APA-Economics" RİA "Novosti" agentliyə istinadən xəbər verir ki, bunu "Naftoqaz" şirkətinin rəhbəri Andrey Kobolyev bildirib.

"Bizim "Qazprom" şirkətindən tələb etdiyimiz kompensasiyanın bir neçə elementi var. Bura tariflərə dair kompensasiya da daxildir. Ümumi məbləğ 8,2 mlrd. dollar təşkil edir". - deyə A. Kobolyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR