İqbal Ağazadənin seçki qərargahı Ağdaşın Türyançay qəsəbəsində təbliğat kampaniyası aparıb

İqbal Ağazadənin seçki qərargahı Ağdaşın Türyançay qəsəbəsində təbliğat kampaniyası aparıb
# 06 iyun 2016 12:17 (UTC +04:00)

"90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin seçki qərargahı qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir”.

İqbal Ağazadənin seçki qərargahının yaydığı məlumatda bildirilir ki, qərargah üzvləri Ağdaş rayonunun Türyançay qəsəbəsində qapı-qapı təbliğat kampaniyası aparıb, seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Seçicilər İqbal Ağazadənin parlament fəaliyyətini bir daha araşdırdıqlarını və yaxından tanış olduqlarını bildiriblər. Qeyd ediblər ki, İqbal Ağazadə ağdaşlıların problemlərini parlamentə qaldıracaq namizəddir və bu səbəbdən ona səs verəcəklər. Çünki parlament fəaliyyəti zamanı hər zaman seçicilərin problemi ilə maraqlanıb, problemləri parlamentdə qaldırıb və həllinə çalışıb. Seçicilərdən bir çoxu kampaniya zamanı namizədlə birbaşa telefon əlaqəsi yaradaraq ona dəstəklərini ifadə ediblər.

Qeyd olunub ki, hər gün yüzlərlə seçici İ.Ağazadə ilə telefonla əlaqə saxlayır, onunla qrup və fərdi qaydada görüşür, seçkilərdə ona səs verəcəklərini bildirirlər.

İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR