ETSN: Şirvan Milli Parkında yanğın zamanı təbii ehtiyatlara ciddi ziyan dəyməyib

ETSN: Şirvan Milli Parkında yanğın zamanı təbii ehtiyatlara ciddi ziyan dəyməyib
# 06 iyun 2016 10:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dünən Şirvan Milli Parkının ərazisində yerləşən “Salyan Oil” şirkətinin istifadəsində olan sahədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Yanğın zamanı təxminən 2 hektara yaxın sahənin quru ot və kol örtüyü yanıb, milli parkın təbii ehtiyatlarına ciddi ziyan dəyməyib.

Qeyd olunub ki, ilkin ehtimala görə yanğına səbəb “Salyan Oil” şirkəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi əməl olunmaması nəticəsində neft quyularına gedən yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma olub: "Yanğının yaxınlıqda olan istirahət mərkəzinə keçməsinin qarşısının alınmasına dair məlumatla bağlı bildiririk ki, həmin ərazinin yaxınlığında heç bir istirahət mərkəzi mövcud deyil, ən yaxınlıqda olan Kürsəngi kəndi isə yanğın baş vermiş ərazidən 10 kilometr uzaqlıqda yerləşir. Ərazidə yalnız “Salyan Oil” şirkətinə məxsus neft quyuları fəaliyyət göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR