Ağstafa sakininin evindən 25 min dollar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağstafa sakininin evindən 25 min dollar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
# 10 may 2016 10:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağstafada mənzildən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon sakini Mahirə Əhmədovanın evindən 25 min dollar və 3000 manat pul, habelə 30000 manat dəyərində qızıl əşyalar oğurlamış Qazax rayon sakini Samir Mürşüdov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR