Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
# 25 sentyabr 2013 08:56 (UTC +04:00)

Bakı – APA. Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında dünya birinciliyi keçirilir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (+80 kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.

Öncə boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun dünya birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub – 0:3 (37:39, 35:40, 37:39).

Hacıyeva ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.

Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya birinciliyinə sentyabrın 28-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR