Azərbaycanda icra nümayəndəsi yol qəzasına düşüb

Azərbaycanda icra nümayəndəsi yol qəzasına düşüb
# 22 may 2014 09:39 (UTC +04:00)

Daşkəsən Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillə “QAZ 66” markalı yük avtomobilinin toqquşması nəticəsində Daşkəsən rayonunun Əhmədbəyli kənd icra nümayəndəsi, 1983-cü il təvəllüdlü İsaq Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla başlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR