Azərbaycan iş adamları İstanbul geyim sərgisində iştirak edə bilər

Azərbaycan iş adamları İstanbul geyim sərgisində iştirak edə bilər
# 26 dekabr 2013 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Türkiyədə «IFEXPO-2014» XI beynəlxalq corab, alt geyimi sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, bu sərginin 2014-cü ilin fevralın 4-7-də İstanbul şəhərində keçirilməsi nəzərdə tutulub.

Sərgidə iştirak edəcək qonaq şirkətlərin nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR