Ölkə hökuməti «Azərbaycan Hava Yolları» Sərnişin Aviaşirkəti yaradıb

Ölkə hökuməti «Azərbaycan Hava Yolları» Sərnişin Aviaşirkəti yaradıb
# 03 mart 2014 07:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında» 2008-ci il 30 aprel tarixli qərarına dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, «Azərbaycan Hava Yolları» QSC-nin strukturunda «Azərbaycan Hava Yolları» Sərnişin Aviaşirkəti yaradılıb.

«Qəbələ» Beynəlxalq Hava Limanı da «Azərbaycan Hava Yolları» QSC-nin strukturuna daxil edilib. Eyni zamanda, Lənkəran və Zaqatala aeroportlarına beynəlxalq hava limanı statusu verilib. Qərara əsasən, AZAL-ın strukturuna daxil olan Hava Gəmilərinə Texniki Xidmət İdarəsi və İstehsalat-Təsərrüfat İdarəsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR