Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb
# 04 iyun 2016 17:24 (UTC +04:00)

Bakı - APA. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

“Mercedes” markalı minik avtomobilinin “İsuzu” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Qəza nəticəsində “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb, içərisində olan 2 sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR