Zaqatalada “Azərpoçt”un ofisindən içərisində pul olan seyf oğurlanıb

Zaqatalada “Azərpoçt”un ofisindən içərisində pul olan seyf oğurlanıb
# 28 aprel 2016 08:12 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.

Rayonun Muğanlı kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.


Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.


Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR