"Moody's" Çinin kredit reytinqi üzrə proqnozunu neqativə endirib

"Moody
# 02 mart 2016 07:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Moody's" beynəlxalq reytinq agentliyi Çinin kredit reytinqi üzrə proqnozunu stabildən neqativə endirib.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, "Moody's" ölkənin artan xarici dövlət borcu ilə bağlı risklərə işarə edib.

Agentlik Çinin uzunmüddətli reytinqini "Aa3" səviyyəsində təsdiq edib. Bununla yanaşı, "Moody's" bildirib ki, ölkənin inkişaf tempinin qorunmasına yönəlmiş müvafiq islahatların aparılmayacağı təqdirdə reytinq aşağı salınacaq.

"Moody's" qeyd edir ki, Çinin dövlət borcunun ÜDM-də payı 40,6%-ə çatıb və 2017-ci ildə bu rəqəm 43%-ə çata bilər. Ölkənin valyuta ehtiyatları 762 mlrd. dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR