Ucarda ötən gün əri tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib

Ucarda ötən gün əri tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib
# 18 iyul 2014 07:55 (UTC +04:00)

Ucar. Zahid Abişov - APA. Ucarda ötən gün bıçaqlanan qadın dünyasını dəyişib.

Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, dünən həyat yoldaşı tərəfindən bıçaqlanan 37 yaşlı Heydərova Elnarə Rafiq qızı bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Polisdən verilən məlumata görə, hadisəni törədərək qaçan Heydərov Qalib Abdin oğlu saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisə dünən Ucar rayonunun Qaradağlı kəndində baş verib.

Hacıqabul rayon sakini Q. Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı E. Heydərovanı ata evində bıçaqlayaraq ağır xəsarət yetirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR