Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib  - <span style="color: red;">VİDEO
# 21 aprel 2015 19:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün təxminən 21:00 radələrində Gəncənin Vəli Xuluflu küçəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın bölgə müxbirinin məlumatına görə, “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes”də olan sərnişin Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Elmin Məmmədov və “VAZ 2107” markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Cəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR