Altı "ekspress avtobus"un marşrutu iki günlük dəyişdirilir

Altı "ekspress avtobus"un marşrutu iki günlük dəyişdirilir
# 19 iyun 2015 14:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyun ayının 20 və 21-i keçiriləcək "Bakı-2015" I Avropa Oyunları çərçivəsində keçiriləcək yol velosiped yarışı ilə əlaqədar altı "ekspress avtobus" (“X14”, “X15”, “X16”, “X18”, “X19”, “X20”) marşrutlarına müəyyən dəyişikliklər ediləcək.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən “APA-Economics”ə məlumat verilib.

Məlumata görə, 20 iyun saat 05:30-dan 21:00-dək, 21 iyun isə saat 03:30-dan 21:00-dək “X14”, “X15”, “X16”, “X18”, “X19”, “X20” ekspres avtobuslar 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər.

Tamaşaçılara Azneft dairəsindən yaxın olan İçəri Şəhər metro stansiyasından istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, “ekspress avtobus”ların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan sonra əvvəlki qaydada bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR