"AzərGold" Avstraliya təcrübəsini öyrənəcək

"AzərGold" Avstraliya təcrübəsini öyrənəcək
# 19 oktyabr 2017 12:15 (UTC +04:00)

Oktyabrın 18-də start götürən Azərbaycan-Avstraliya biznes forumu çərçivəsində Bakıda səfərdə olan Avstraliyanın mədən şirkətlərinin nümayəndələri və bu ölkədən olan biznesmenlər "AzerGold" QSC olub, cəmiyyətin rəhbərliyi ilə görüşüb, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.


QSC-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti, "Hammond Legal" şirkətinin sahibi John Hammond, "Caravel Minerals" və "Forsys Metals" şirkətlərinin rəhbəri Marcel Hilmer, Avstraliya Maliyyə Qrupunun icraçı direktoru Brett McKeon, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov və cəmiyyətin digər rəhbər şəxsləri və aidiyyatı nümayəndələri iştirak ediblər.

Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini - bu ölkənin təcrübəsindən "AzerGold" QSC-nin faydalanması imkanlarını ümumi müzakirə ediblər. Görüş zamanı qonaqlar resurs potensialına görə Avropada ikinci, dünyada ilk 10-a daxil olan Filizçay yatağına da böyük diqqət göstərib, Balakən rayonunda yerləşən yataqda aparılan işlərlə maraqlanıb.

"AzərGold" QSC ilə Avstraliya şirkətləri arasında görüşlərin davam etdirilməsi, Azərbaycan təmsilçilərinin də Avstraliyaya səfər edərək bu ölkənin mədənçilik sahəsi ilə əyani tanış olması barədə ilkin razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR