Bakıda gecə klubunda bıçaqlanma olub

Bakıda gecə klubunda bıçaqlanma olub
# 21 noyabr 2012 08:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 13-də saat 23:40 radələrində Bülbül prospektində yerləşən gecə klubunda naməlum şəxslər xuliqanlıq zəminində Yalçın Əliyevə və Ramin Məmmədova bıçaqla, Elmar Qırxlarovu isə döyərək xəsarət yetiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə xuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orxan Əhmədov noyabrın 20-də yaxalanıblar. Xuliqanlıqda şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR