Yaponiya Azərbaycanla AÇG blokunun işlənilməsi üzrə əməkdaşlığını gələcəkdə də davam etdirmək niyyətindədir

Yaponiya Azərbaycanla AÇG blokunun işlənilməsi üzrə əməkdaşlığını gələcəkdə də davam etdirmək niyyətindədir
# 27 oktyabr 2015 09:23 (UTC +04:00)

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, energetika naziri Natiq Əliyev "Əsrin Müqaviləsi" çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağı blokunun işlənilməsində Yaponiyanın “Itochu”, “İnpex”, “Dan ulduzu-Əşrəfi”də isə “Mitsui” şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, bu əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda “Şimal” elektrik və “Şimal-2” qaz-buxar elektrik stansiyalarının tikintisi, eləcə də Türkiyədə “Star” neft emalı zavodunun inşasında yapon şirkətlərinin iştirakından məmnunluq ifadə edilib.

Bildirilib ki, “SOCAR Trading” vasitəsilə Yaponiyaya ildə 240 min ton xam neft ixrac olunur. Dünyada cərəyan edən geosiyasi hadisələr və iqtisadi böhran şəraitində Azərbaycanla Yaponiya arasında münasibətlərin dostluq əsasında davam etdirilməsinin vacibliyini vurğulayan nazir deyib ki, biz bir-birimizə dəstək verməliyik.

A. Amari isə 20 ildən çoxdur ki, AÇG və Bakı-Tbilisi-Ceyhan layihələrində “İtochu” korporasiyasının uğurlu iştirakında dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. O, AÇG blokunun işlənilməsi ilə bağlı hazırkı müqavilə müddətinin 2024-cü ildə bitdiyini xatırladaraq, fəaliyyətlərini gələcəkdə də davam etdirmək üçün “Itochu” və “İnpex” şirkətləri ilə bağlanmış sazişin vaxtının uzadılması və Azərbaycanda reallaşdırılması nəzərdə tutulan yeni Neft ,qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsində "Itochu" korporasiyasının iştirakına dəstək verilməsini xahiş edib.

N. Əliyev bildirib ki, AÇG bloku ehtiyatlarla bağlı böyük potensiala malikdir. Bundan başqa yataqların istismarında irəli sürülən müasir şərtlər də hazırkı tərəfdaşlarla, xüsusilə də Yaponiya ilə uzunmüddətli müqavilənin imzalanmasını zəruriləşdirir.

Neft, qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi ilə bağlı isə nazir deyib ki, 2032-ci ilə qədər Azərbaycanda bu sahənin tamamilə yeniləşdirilməsi nəzərdə tutulub. Yeni neft və qaz emalı zavodlarının müasir standartlara uyğun tikilməsində Yaponiyanın mühüm rolu ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR